"YAŞAT" Fondunun dəstək tədbirləri davam edir

"YAŞAT" Fondunun dəstək tədbirləri davam edir

Sevinc Kərimova · Cəmiyyət ·

Şəhidimiz Mahmudov Natiq Ramazan oğlu Aprel döyüşlərinin iştirakçısı olub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə könüllü yollanan Natiq Şuşa döyüşləri zamanı ağır yaralanıb.

Uzun müddət komada qaldıqdan sonra dekabrın 26-da şəhidlik zirvəsinə ucalıb.

Döyüşlərdə göstərdiyi igidliyə görə o, “Vətən uğrunda”, “İgidliyə görə”, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.