Yakutiyada rekord soyuqlar gündəlik həyatı iflic etdi

Yakutiyada rekord soyuqlar gündəlik həyatı iflic etdi

Sevinc Kərimova · Hava ·

Yer üzünün ən soyuq bölgələrindən biri hesab olunan Yakutiyada havanın temperaturu -56°C-yə qədər enib. Son günlər müşahidə olunan kəskin soyuqlar bölgədə həyat şəraitini xeyli çətinləşdirib.

Redaksiya xəbər verir ki, ərazi artıq 3 gündür davam edən intensiv qar yağışının təsiri altındadır. Mövcud hava şəraiti ilə əlaqədar olaraq bölgədəki məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb.

Güclü qar səbəbindən bir çox yaşayış binalarının girişləri bağlanıb, sakinlərin mənzillərdən çıxışı çətinləşib. Xüsusilə yaşlı və tək yaşayan şəxslərin gündəlik ehtiyaclarını təmin etməsi problemlə üzləşib.

Meteoroloqların proqnozlarına görə, yaxın günlərdə temperaturun daha da enərək -60°C-yə düşə biləcəyi gözlənilir. Yerli qurumlar əhaliyə təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edirlər.