Qeyri-sabit hava avqustun 17-dək davam edəcək - XƏBƏRDARLIQ

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək - XƏBƏRDARLIQ

Aytac Dəniz · Hava ·


Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava avqustun 17-dək davam edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, fasilələrlə yağış yağacağı gözlənilir:

"Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur".