Xəbər 10 – “Gələcəyin Liderləri” layihəsinin ilk təlimi

Xəbər 10 – “Gələcəyin Liderləri” layihəsinin ilk təlimi

Aytac Dəniz · Cəmiyyət ·

AYAL gənclər üçün kommunikasiya və ictimai nitq üzrə təlim təşkil edib

“Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi (AYAL) “Gələcəyin Liderləri” layihəsi çərçivəsində 5 oktyabr 2024-cü il tarixində “Kommunikasiya və İctimai Nitq” mövzusunda ilk təlimini təşkil edib.

Təlim gənclərin kommunikasiya və ictimai nitq bacarıqlarının inkişaf etdirilməsinə, öz fikirlərini aydın və effektiv şəkildə ifadə etmək, auditoriya qarşısında inamla çıxış etmək və liderlik keyfiyyətlərini gücləndirmək bacarıqlarının artırılmasına yönəlib.

Təlimdə NAYORA-nın mətbuat katibi Fatimə Quliyeva iştirakçılarla öz bilik və təcrübəsini bölüşüb. Təlim gənclərə kommunikasiya və ictimai nitq sahəsində biliklərini artırmaq, eləcə də şəxsi və peşəkar inkişafları üçün vacib bacarıqları təkmilləşdirmək imkanı yaradıb.

“Gələcəyin Liderləri” layihəsi gənclərin liderlik potensialının üzə çıxarılmasına, onların şəxsi və peşəkar bacarıqlarının inkişafına və cəmiyyətin həyatında fəal iştiraklarının təşviqinə xidmət edir.

Xəbər 10 – “Gələcəyin Liderləri” layihəsinin ilk təlimi - Şəkil 1
Xəbər 10 – “Gələcəyin Liderləri” layihəsinin ilk təlimi - Şəkil 2