Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah - FOTOLAR

Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah - FOTOLAR

Aytac Dəniz · Cəmiyyət ·

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “World” Təhsil və İnkişaf Platformasının birgə təşkilatçılığı ilə ZərifSƏN devizi altında Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah adlı forum keçirildi.

Konfransın əsas məqsədi müxtəlif sahələrdə uğur qazanmış qadınları, mütəxəssisləri, sahibkarları, ictimai xadimləri və qərarvericiləri bir platformada birləşdirmək məqsədi daşıyırdı.

Forumun Rəsmi açılışı Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Sədri Səkinə xanım Babayevayanın çıxışı ilə başladı. O Assosiasiyanın fəaliyyətindən , bu kimi faydalı tədbirlərin önəmindən danışdı və gənc xanımlara dəyərli məsləhətlər verdi.

Forumun Özəl qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azəri – Türk qadınlar birliyinin və Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə xanım Rüstəmxanlının çıxışı isə xanımlara xüsusi motivasiya verdi.

Azərbaycan Qadını – Dünən , Bu gün , Sabah forumunun sosial tərəfdaşı Loqos Qadın Rezidensiyası idi. Rezidensiyanın rəhbəri Təranə xanım Paşayevaya qonaqları salamlayaraq rezidensiya haqqında qonaqlara geniş məlumat verdi, həm də yenicə işıq üzü görən Zərif Bənd kitabının təqdimatını da həyata keçirdi.

Açılışdan sonra isə Təhsil , Psixologiya , Qadın Liderliyi , Qadın Sağlamlığı mövzularında 4 Panel üzrə müzakirə başlanıldı. Forum zamanı təşkil olunan sərgidə isə bir neçə geyim , təhsil , qida brendinin təqdimatı həyata keçirildi. İştirakçılar xoş tanışlıqlar qurdu , sahibaar xanımlar yeni tərəfdaşları tanıdı və faydalı bilgilər əldə etdilər.

Qeyd edək ki , Layihə 2027 ci il ərzində ölkənin müxtəlif regionlarında təşkil olunacaq və inkişafı və maariflənməsi haqqqında düşünən bütün xanımları əhatə edəcək. Xüsusilə İqtisadi gücə malik olmaq istəyən , mal və xidmətlərini daha geniş auditoriyalara tanıtmaq istəyən sahibkar xanımlar və şəxsi inkişaf yolunu təyin eetmək istəyən şəxslər 2027 ci ildə layihənin silsiləvi tədbirlərinə qoşularaq faydalana biləcəklər.