Xamenei xalqa müraciət edib: “İsrail demək olar ki, yox olacaqdı”

Xamenei xalqa müraciət edib: “İsrail demək olar ki, yox olacaqdı”

Sevinc Kərimova · Siyasət ·

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkədə və bölgədə baş verən son hadisələrlə bağlı xalqa müraciət edib.

Redaksiya xəbər verir ki, Xamenei çıxışı zamanı İsrail və ABŞ-ı hədəfə alaraq aşağıdakı fikirləri səsləndirib:

"İsrail, İranın zərbələri altında demək olar ki, tamamilə çökdü. Birləşmiş Ştatların istənilən təcavüzünə cavab verəcəyik. Bu cavab Amerikanın bölgədəki hərbi bazalarını hədəfə almaqla olacaq. İsrail yox olmaq üzrə idi. Amerika, düşmən rejimin tamamilə sıradan çıxacağını düşündüyü üçün birbaşa müharibəyə qoşuldu. Lakin bu müharibədən heç bir fayda əldə etmədi. İslam Respublikası bu cəbhədə də qalib gəldi və ABŞ-ı sərt şəkildə cəzalandırdı. İran qalib gəldi və Amerikanın üzünə bərk şillə vurduq. Qələbəyə görə bütün xalqımızı təbrik edirəm."

Qeyd edək ki, Xameneinin bu bəyanatları İran və İsrail arasında son günlər yaşanan gərginliyin fonunda səsləndirilib. Hazırda bölgədə vəziyyətin necə inkişaf edəcəyi diqqətlə izlənilir.

Sevinc Kərimova