İranın ali lideri Ayətullah Əli Xamenei bu gün televiziya vasitəsilə çıxış edərək İsrailin son hücumları fonunda İran xalqının davranışını “mətin və cəsur” adlandırıb. O, bu mövqeni İran cəmiyyətinin yetkinliyinin və mənəvi düşüncə tərzinin göstəricisi kimi qiymətləndirib.
Redaksiya xəbər verir ki, Xamenei deyib: “İran xalqı zorla qəbul etdirilmiş müharibəyə qarşı necə ayaqda durursa, zorla sülhə də elə qarşı çıxacaq. Heç bir təzyiqə boyun əyməyəcək.”
ABŞ prezidenti Donald Trampın təhdidedici açıqlamalarına da toxunan Xamenei əlavə edib: “İranı və onun tarixini tanıyan ağıllı adamlar bu xalqa qarşı təhdid dili ilə danışmaz. ABŞ hərbi cəhətdən müdaxilə edərsə, bu onlar üçün düzəldilə bilməyəcək itkilərlə nəticələnəcək.”
Sevinc Kərimova
