Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək danışıqlar bəşəriyyətin, Avropanın və Serbiyanın gələcəyi baxımından həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sülhün təmin olunması halında Serbiyaya qarşı təzyiqlər azalacaq, hətta tamamilə aradan qalxa bilər.
Redaksiya xəbər verir ki, Vuçiçin bu açıqlaması ölkədə bir neçə aydır davam edən etirazlar fonunda səsləndirilib. Son günlər etiraz aksiyaları Serbiyanı az qala vətəndaş müharibəsi həddinə gətirib. Bu şəraitdə dövlət başçısının sözləri onun hakimiyyəti qorumaq niyyəti və ümidlərindən qaynaqlanır.
Ekspertlər hesab edirlər ki, Vuçiçin Putinə və Trampa ünvanladığı mesaj həm daxili siyasi gərginliyin azaldılması, həm də Serbiyanın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi məqsədi daşıyır.
Sevinc Kərimova
