Venesuelada Ali Məhkəmə Delsi Rodrigezi müvəqqəti prezident təyin etdi

Venesuelada Ali Məhkəmə Delsi Rodrigezi müvəqqəti prezident təyin etdi

Sevinc Kərimova · Siyasət ·

Venesuelada hakimiyyətə yaxın Çavista Ali Məhkəməsi rəsmi qərarla Delsi Rodrigezin ölkənin yeni prezidenti təyin edildiyini elan edib. Qərar ölkədə davam edən siyasi böhran fonunda qəbul olunub və hakimiyyət strukturları tərəfindən legitim addım kimi təqdim edilir.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, ABŞ administrasiyası Delsi Rodrigezin Venesuelada müvəqqəti lider kimi qəbul edilə biləcəyinə dair siqnallar verib. Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Rodrigezi iqtisadi idarəetmə təcrübəsi və neft sektorunda sabitləşdirici rolu səbəbilə daha işlək variant hesab edib, 2024-cü il seçkilərində qalib gəlmiş və sonradan Nobel Sülh Mükafatı almış Maria Korina Maçadonun isə ölkəni idarə etmək üçün kifayət qədər siyasi dayağa malik olmadığını bildirib.

Məlumatda qeyd olunur ki, Nikolas Maduronun tutulmasından bir neçə həftə əvvəl ABŞ rəsmiləri artıq Delsi Rodrigezi mümkün müvəqqəti əvəzləyici kimi dəyərləndirmişdi. Bu yanaşma Venesuelada keçid dövrünün necə formalaşacağı ilə bağlı beynəlxalq müzakirələri daha da intensivləşdirib.