Venesuela prezidenti Maduro ABŞ-dan amnistiya qarşılığında istefaya hazırdır

Venesuela prezidenti Maduro ABŞ-dan amnistiya qarşılığında istefaya hazırdır

Sevinc Kərimova · Siyasət ·

Venesuela Prezidenti Nikolas Maduro-nun ABŞ tərəfindən amnistiya, üzərindəki mükafatın ləğvi və təhlükəsiz sürgün imkanı verildiyi təqdirdə vəzifədən getməyə hazır olduğu bildirilir.

Redaksiya The Atlantic-ə istinadla xəbər verir ki, plan çərçivəsində Maduroya ölkədən təhlükəsiz çıxış, hüquqi toxunulmazlıq və mülkiyyətinə dair təminatların verilməsi müzakirə olunur. Hazırda ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası tərəfindən Maduroya qarşı tətbiq olunan sanksiyalar və onun tutulmasına dair elan edilmiş mükafat qüvvədə qalır.

Müşahidəçilər qeyd edirlər ki, belə bir razılaşma ölkədə uzun illərdir davam edən siyasi və iqtisadi böhranın yumşaldılması üçün dönüş nöqtəsi ola bilər. Bununla belə, müxalifət dairələri, Maduroya toxunulmazlıq verilməsinin ədalət və məsuliyyət məsələlərinə xələl gətirə biləcəyini vurğulayırlar.