Venesuela Müdafiə nazirinin evi atəşə tutuldu, taleyi bilinmir

Venesuela Müdafiə nazirinin evi atəşə tutuldu, taleyi bilinmir

Sevinc Kərimova · Hərbi ·

Venesuelanın paytaxtı Karakasda yerləşən Fort Tiuna hərbi bazası ərazisində müdafiə nazirinin yaşadığı evin atəşə tutulduğu bildirilir. Hadisədən sonra nazirin taleyi ilə bağlı rəsmi və ya təsdiqlənmiş məlumat açıqlanmayıb.

Redaksiya Al Jazeera-ya istinadla xəbər verir ki, Venesuela mediasının yaydığı informasiyaya əsasən, hücum Fort Tiuna hərbi kompleksində baş verib və hədəf birbaşa müdafiə nazirinə məxsus yaşayış obyekti olub. Hazırda nazirin vəziyyəti barədə qeyri-müəyyənlik qalmaqdadır.

Məlumatda qeyd olunur ki, insident ölkədə elan edilmiş fövqəladə vəziyyət və davam edən hərbi gərginlik fonunda baş verib. Rəsmi qurumlar hadisənin detalları, mümkün itkilər və məsul şəxslərlə bağlı hələlik əlavə açıqlama verməyiblər.

Venesuelada təhlükəsizlik vəziyyətinin sürətlə dəyişdiyi bildirilir və paytaxt ərazisində hərbi obyektlər ətrafında nəzarət tədbirləri gücləndirilib. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi vurğulanır.