Venesuela Konqresi ABŞ müdaxiləsini terror aktı kimi qiymətləndirdi

Venesuela Konqresi ABŞ müdaxiləsini terror aktı kimi qiymətləndirdi

Sona Osmanova · Siyasət ·

Venesuela Milli Konqresi bütün müxalifət partiyalarının dəstəyi ilə qəbul etdiyi qərarda ABŞ-ın ölkəyə müdaxiləsini kəskin şəkildə pisləyib və bu addımı venesuelalılara qarşı törədilmiş kütləvi qırğın kimi dəyərləndirib.

Redaksiya məlumat verir ki, Konqres qəbul etdiyi sənəddə ABŞ prezidenti Donald Trampı Venesuelaya qarşı əməliyyatın təşkilində ittiham edib və baş verənləri terror aktı adlandırıb.

Qərarda ABŞ müdaxiləsinin ölkənin suverenliyinə və təhlükəsizliyinə ciddi təhdid yaratdığı vurğulanıb, beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd qalmaması çağırışı edilib.

Eyni zamanda Venesuelanın xüsusi təyinatlı qüvvələri yaydıqları bəyanatda Nikolas Maduronu qoruya bilmədiklərinə görə təəssüf hissi keçirdiklərini bildiriblər.

Bəyanatda xüsusi olaraq qeyd olunub ki, vitse-prezident Delsi Rodriges istənilən şəraitdə və bütün imkanlarla qorunacaq.