ABŞ qüvvələrinin Venesuelada Nikolas Maduronun ələ keçirilməsi məqsədilə apardığı əməliyyat zamanı ölkənin hava məkanının gözlənildiyindən xeyli zəif qorunduğu üzə çıxıb. Məlumata görə, Rusiyadan alınmış S-300 və Buk-M2 sistemlərinin bir hissəsi radarlara qoşulmayıb, digərləri isə anbarlarda saxlanılıb.
Redaksiya NYT istinadla xəbər verir ki, hava hücumundan müdafiə sistemlərinin sıradan çıxmasının əsas səbəbləri korrupsiya, zəif texniki xidmət, sanksiyaların təsiri və Rusiyanın mümkün laqeydliyi ilə əlaqələndirilir. Nikolas Maduronun minlərlə daşınan zenit-raket kompleksi olduğunu iddia etməsinə baxmayaraq, əməliyyat zamanı yalnız bir buraxılış qeydə alınıb.
Analitiklərin fikrincə, Venesuela ordusu əməliyyata demək olar ki, hazır olmayıb və baş verənlər ardıcıl səhvlər zənciri kimi qiymətləndirilir. Hadisə ölkənin hərbi nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, Rusiyanın regionda ABŞ-la qarşıdurma imkanlarının məhdud olduğunu da nümayiş etdirib.
