Venesuela altı beynəlxalq aviaşirkətin uçuş icazələrini tamamilə ləğv etdi

Venesuela altı beynəlxalq aviaşirkətin uçuş icazələrini tamamilə ləğv etdi

Sevinc Kərimova · Siyasət ·

Venesuela hökuməti Karakas istiqamətinə reysləri dayandıran altı beynəlxalq aviaşirkətə qarşı sanksiya qərarını rəsmən qüvvəyə mindirib. Qərar Nikolas Maduro administrasiyasının həmin şirkətlərə uçuşları bərpa etmələri üçün verdiyi 48 saatlıq müddətin başa çatmasından sonra elan olunub.

Redaksiya Euronews istinadla xəbər verir ki, sanksiya tətbiq olunan aviaşirkətlər sırasında Türk Hava Yolları, Iberia, TAP, Avianca, Latam Colombia və Gol yer alır. ABŞ Federal Aviasiya Administrasiyasının ötən həftə bölgə üzərindən uçuşlarda yüksək ehtiyatlılıq tələb edən xəbərdarlığından sonra bu şirkətlər reyslərini dayandırmışdı.

Rəsmi açıqlamada Venesuela daxili işlər naziri Diosdado Kabelyo hökumətin qərarının suverenlik prinsipinə əsaslandığını bildirib. O, aviaşirkətlərə verilən müddətin bitdiyini və tələblərə əməl olunmaması səbəbindən uçuş icazələrinin ləğv edildiyini vurğulayıb.

Nazirin sözlərinə görə, uçuşların bərpa edilməməsi ölkənin hava məkanının təhlükəsizliyi və dövlətin nüfuzunun qorunması baxımından zəruri addım kimi qiymətləndirilir. Bu qərarın regiondakı aviasiya əlaqələrinə təsirinin yaxın günlərdə daha aydın görünəcəyi gözlənilir.