Vaşinqton Ukrayna üçün yeni hava hücumundan müdafiə paketini təsdiqləyib

Vaşinqton Ukrayna üçün yeni hava hücumundan müdafiə paketini təsdiqləyib

Vüsal Şahbazov · Media ·

ABŞ Ukraynaya ümumi dəyəri 2,68 milyard dollar olan yeni hava hücumundan müdafiə paketinin satışını təsdiqləyib.

Redaksiya xəbər verir ki, paketə hava hücumundan müdafiə raketləri, mobil buraxılış qurğuları, pilotsuz uçuş aparatlarına qarşı radar sistemləri və mövcud müdafiə komplekslərinin modernləşdirilməsi daxildir.

Yeni paket Ukraynanın hava hücumlarından müdafiə imkanlarının gücləndirilməsinə, xüsusilə raket və dron təhlükələrinin daha effektiv aşkarlanması və zərərsizləşdirilməsinə yönəlib.

Satışın həyata keçirilməsi üçün tələb olunan texniki və müqavilə prosedurlarının növbəti mərhələdə tamamlanması gözlənilir.