Varlılar kütləvi şəkildə Böyük Britaniyanı tərk edir

Varlılar kütləvi şəkildə Böyük Britaniyanı tərk edir

Sevinc Kərimova · Dünya ·

Böyük Britaniya 2025-ci ildə tarixində görünməmiş miqyasda yüksək gəlirli insanların ölkədən köçü ilə üzləşib.

Redaksiya xəbər verir ki, il ərzində təxminən 16 min 500 zəngin Böyük Britaniyanı tərk edib.

Mütəxəssislər bu tendensiyanı yüksək vergilər, siyasi qeyri-sabitlik və iqtisadi qeyri-müəyyənliklə əlaqələndirir.

Ekspertlərin fikrincə, bu cür kütləvi köç ölkə iqtisadiyyatına və investisiya mühitinə mənfi təsir göstərə bilər. Bəzi müşahidəçilər isə varlıların gedişinin sosial təbəqələrarası fərqin azalmasına müsbət təsir edəcəyini düşünür.

Sevinc Kərimova