Uşağın anadan olmasına görə 41 min çox insana müavinət verilib

Uşağın anadan olmasına görə 41 min çox insana müavinət verilib

Aytac Dəniz · Sosial ·

Bu ilin yanvar–iyul ayları ərzində 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, müavinət ödənişləri 19 147 nəfər qız, 22 004 nəfər oğlan uşağına görə aparılıb.