“DOST to DOST” layihəsi çərçivəsində DOST könüllülərinin "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin İsmayıllıda yerləşən müəssisəsinə infotur təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və DOST Agentliyi tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində təşkil olunan infoturda DOST könüllüləri, eləcə də hər iki qurumun əməkdaşları iştirak ediblər.
İnfotur çərçivəsində könüllülər müəssisənin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olub, burada yaradılmış əmək şəraiti, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat əldə ediblər.
Səfər könüllülərin əməyin mühafizəsi sahəsində praktiki biliklərinin artırılması və təhlükəsiz iş mühiti ilə bağlı təsəvvürlərinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.
