United Airlines aviaşirkətinin reysləri bir neçə hava limanında dayandırılıb

United Airlines aviaşirkətinin reysləri bir neçə hava limanında dayandırılıb

Sevinc Kərimova · Turizm ·

ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) United Airlines aviaşirkətinə məxsus təyyarələrin ölkə üzrə bir neçə hava limanında uçuşlarını müvəqqəti dayandırıb.

Redaksiya xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, aviaşirkətin xidmətlərində genişmiqyaslı texniki nasazlıq baş verib.

Məsələyə reaksiya olaraq FAA bəzi hava limanlarında United Airlines-ın uçuşlarına müvəqqəti məhdudiyyət tətbiq edib.

Texniki nasazlıqla bağlı Downdetector platforması minlərlə istifadəçi şikayəti qeydə alıb. Şirkətdən verilən açıqlamada bildirilir ki, problemin aradan qaldırılması üzərində iş aparılır və sərnişinlərə mümkün qədər tez məlumat veriləcək.

Hadisə ABŞ hava nəqliyyatında ciddi gecikmələr və çaşqınlığa səbəb olub. Aviaşirkət rəsmiləri əlavə texniki təfərrüatları hələlik açıqlamayıb.

Bir neçə saatlıq problemin ardından, "CNN"in verdiyi məlumata əsasən, şirkət texnoloji problemi həll edib və uçuşlar bərpa edilib.

Sevinc Kərimova