Ukraynadan vətəndaşlarına İran və İsraili dərhal tərk etmələri üçün müraciət

Ukraynadan vətəndaşlarına İran və İsraili dərhal tərk etmələri üçün müraciət

Sevinc Kərimova · Dünya ·

Ukrayna Xarici İşlər Nazirliyi bölgədəki son təhlükəsizlik vəziyyəti ilə bağlı öz vətəndaşlarına fövqəladə çağırış ünvanlayıb. Nazirlik İran və İsrail ərazisində olan Ukrayna vətəndaşlarını dərhal bu ölkələri tərk etməyə çağırıb və yeni səfərlərdən çəkinmələrini tövsiyə edib.

Redaksiya xəbər verir ki, Ukrayna XİN bu qərarı İran və İsrail arasında artan hərbi gərginlik fonunda qəbul edib. Açıqlamada bildirilir ki, silahlı toqquşmaların intensivləşməsi və strateji hədəflərə zərbələrin artması mülki şəxslərin həyatına birbaşa təhlükə yaradır. Nazirlik bütün vətəndaşlara səfirliklərlə daimi əlaqədə qalmağı və mümkün olan ən yaxın zamanda təhlükəsiz ölkələrə keçid almalarını tövsiyə edib.

Son günlərdə İran və İsrail arasında qarşılıqlı raket və pilotsuz hava hücumları nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə insan yaralanıb. Eyni zamanda ABŞ, Çin, Polşa, Hindistan və bir sıra digər ölkələr öz vətəndaşlarını bölgədən təxliyə etməyə başlayıb. Ukraynanın çağırışı da bu təhlükəli tendensiyanın davamı olaraq qiymətləndirilir.