Ukrayna: İstanbul formatı artıq özünü doğrultmur

Ukrayna: İstanbul formatı artıq özünü doğrultmur

Sevinc Kərimova · Siyasət ·

Ukrayna ilə Rusiya arasında İstanbulda aparılan danışıqlar formatı öz funksiyasını faktiki olaraq itirib. Bu barədə Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa açıqlama verib.

Redaksiya xəbər verir ki, Kislitsanın sözlərinə görə, İstanbulda əslində heç bir danışıq olmayıb, yalnız humanitar məsələlərə dair müzakirələr baş tutub. “Həmin görüşdə hər iki nümayəndə heyəti bir otaqda üzbəüz əyləşsə də, bu, danışıq sayılmırdı,” — deyə o bildirib.

Kislitsa əlavə edib ki, Rusiya tərəfi bu görüşlərə yalnız ultimatum irəli sürmək səlahiyyəti ilə qatılmışdı və qarşı tərəfin arqumentlərini dinləmək və ortaq dil tapmaq niyyəti yox idi.

Sevinc Kərimova