Uitkoff Ukraynanı Rusiyaya satmağı planlaşdırır?

Uitkoff Ukraynanı Rusiyaya satmağı planlaşdırır?

Sevinc Kərimova · Siyasət ·

Bloomberg Rusiya rəsmilərinin ABŞ-la bağlı gizli danışıqlarının sızdırıldığına dair yeni material dərc edib. Nəşr Putinin müşavirləri Kirill Dmitriyev və Yuri Uşakov arasında baş tutduğu iddia edilən telefon danışıqlarının mətnini yayımlayıb.

Redaksiya xəbər verir ki, səs yazısının 29 oktyabr tarixində baş verdiyi bildirilir və söhbət Rusiya tərəfinin hazırladığı alternativ sülh planından gedir. Dialoqda tərəflər sənədin hansı formada təqdim olunması, onun ABŞ və digər tərəflər tərəfindən necə qəbul ediləcəyi barədə müzakirələr aparırlar.

Materialda həmçinin Yuri Uşakov və ABŞ prezidenti Donald Trampın tanışı olduğu bildirilən Stiv Uitkoff arasında 14 oktyabr tarixində baş tutmuş başqa telefon danışığının mətninin dərc olunduğu qeyd edilir. Uitkoff söhbət zamanı Trampa necə müraciət etməyin daha effektiv ola biləcəyinə dair məsləhətlər verir və mümkün 20 bəndlik sülh planının formalaşdırılmasını təklif edir.

Bloomberg-in məlumatına görə, Uitkoffun dialoqda səsləndirdiyi fikirlər Ukrayna‑Rusiya danışıqlarında kompromis ehtimalına dair müzakirələri əhatə edir. Sonradan ABŞ prezidenti Donald Tramp bu sızmanı şərh edərkən, Uitkoffun “müzakirələri irəli aparmaq üçün Ukraynanı Rusiyaya satmalı olduğunu” düşündüyünü, bunun isə danışıqlarda vasitəçilərin tipik yanaşması olduğunu bildirib.