“UDL – Fərdiləşdirilmiş Öyrənmə: Müəllimlərin Peşəkar İnkişaf Proqramı” layihəsinin bağlanış mərasimi keçirilib.
“Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”nin qalibi olan “UDL – Fərdiləşdirilmiş Öyrənmə: Müəllimlərin Peşəkar İnkişaf Proqramı” layihəsinin bağlanış mərasimi keçirilib.
Layihə çərçivəsində müəllimlərin fərdiləşdirilmiş və inklüziv öyrənmə yanaşmaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan peşəkar inkişaf proqramı həyata keçirilib. Bu məqsədlə seçilmiş 3 müəllim Harvard University tərəfindən təqdim olunan “Universal Design for Learning: Explore” kursunda iştirak edib.
Təlim müddətində iştirakçılar mentor dəstəyi ilə universal öyrənmə dizaynı prinsipləri, fərqli öyrənmə ehtiyaclarına malik şagirdlərlə effektiv iş üsulları və inklüziv tədris metodikaları üzrə biliklərini təkmilləşdiriblər. Layihə çərçivəsində əldə olunan beynəlxalq təcrübə müəllimlərin peşəkar inkişafına, həmçinin məktəbdə daha inklüziv və əlçatan tədris mühitinin formalaşdırılmasına töhfə verib.
Xatırladırıq ki, “UDL – Fərdiləşdirilmiş Öyrənmə: Müəllimlərin Peşəkar İnkişaf Proqramı” qrant layihəsi Abbasova Səkinə tərəfindən Xırdalan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilib. Layihənin əsas məqsədi müəllimlərin inklüziv və fərdiləşdirilmiş tədris yanaşmaları üzrə peşəkar inkişafını dəstəkləməklə tədrisin keyfiyyətinin artırılmasına töhfə verməkdir.
