Tyson Foods yüksək fruktozalı qarğıdalı şərbətindən imtina edir

Tyson Foods yüksək fruktozalı qarğıdalı şərbətindən imtina edir

Aytac Dəniz · Sağlamlıq ·

ABŞ-ın aparıcı qida şirkətlərindən olan Tyson Foods yüksək fruktozalı qarğıdalı şərbətinin istifadəsini dayandıracağını açıqlayıb. Şirkət bu qərarı sağlamlıqla bağlı narahatlıqlar və istehlakçıların artan tələbləri fonunda verdiyini bildirib.

Redaksiya Wall Street Journal-a istinadla xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Tramp administrasiyasının ərzaq məhsullarında bəzi inqrediyentlərin istifadəsinin azaldılması istiqamətində irəli sürdüyü təşəbbüslər fonunda atılıb.

Məlumata görə, Tyson Foods tərkibində yüksək fruktozalı qarğıdalı şərbəti olmayan məhsul çeşidlərini genişləndirməklə bazarda mövqelərini möhkəmləndirməyi hədəfləyir. Şirkətin qərarı digər istehsalçılara da nümunə ola bilər.