Türkiyədə polis bölməsinə silahlı hücum

Türkiyədə polis bölməsinə silahlı hücum

Sevinc Kərimova · Kriminal ·

İzmirin Balçova rayonunda polis bölməsinə silahlı hücum təşkil edilib. Hadisə nəticəsində iki polis əməkdaşı şəhid olub, bir polis isə ağır yaralanıb.

Redaksiya xəbər verir ki, İzmir Cumhuriyyət Baş prokuroru Əli Yeldan açıqlamasında bildirib: hücum zamanı ümumilikdə 2 polis əməkdaşı şəhid olub, həm vətəndaşlardan, həm də polis əməkdaşlarından ibarət 6 nəfər yaralanıb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir və hüquq-mühafizə orqanları bölgədə əlavə təhlükəsizlik tədbirləri görür.