Ukrayna ilə Rusiya arasında davam edən danışıqlar fonunda Türkiyə tərəfi yeni təşəbbüslə çıxış edib.
Redaksiya xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən üçüncü danışıqlar raundunun açılışında çıxış edərək, mümkün atəşkəs razılaşmasının həyata keçirilməsinə və izlənilməsinə yardım təklif etdiklərini bildirib.
Fidan qeyd edib ki, Türkiyə tərəfi həm hərbi, həm diplomatik kanallar vasitəsilə bu prosesə dəstək verməyə hazırdır və regionda sabitliyin bərqərar olmasını prioritet hesab edir.
Qeyd edək ki, Ukrayna–Rusiya danışıqları qapalı rejimdə keçirilir və görüşlərin nəticələrinə dair rəsmi bəyanatlar yalnız yekun mərhələdə açıqlanacaq.
Sevinc Kərimova
