Türkiyə şirkəti Azərbaycanda borca düşdü

Türkiyə şirkəti Azərbaycanda borca düşdü

Aytac Dəniz · İqtisadiyyat ·

"Turkaz Holding" MMC-nin 51 962 manat vergi borcu yaranıb.

Redaksiya bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, "Turkaz Holding" 2012-ci ildə Türkiyənin İstanbul şəhərində yaradılıb. Şirkət metal, tikinti, enerji, logistika sahələrində fəaliyyət göstərir. Holdinqin həm Türkiyədə, həm də Azərbaycanda investisiya fəaliyyəti var. Şirkət 2013-cü ildə Azərbaycanda da vergi uçotuna alınıb. Şirkətin Azərbaycanda qanuni təmsilçisi Mikayılov Elçin Əli oğlu, nizamnamə kapitalı isə, 15 manatdır.

(Plat.az)