Türkiyə, onu hədələyən İsrail rəsmilərinin məlumatlarını ifşa etdi

Türkiyə, onu hədələyən İsrail rəsmilərinin məlumatlarını ifşa etdi

Sevinc Kərimova · Siyasət ·

İsrail hökumət rəsmilərinin Türkiyəyə yönəlik təhdid bəyanatlarından sonra regiondakı türk mənbələri cavab addımı atıblar. Sosial şəbəkələrdə fəaliyyət göstərən türk Orta Şərq və açıq mənbə kəşfiyyat hesabları İsrail kabinetindəki bəzi nazirlərin şəxsi məlumatlarını yayımlayıb.

Redaksiya xəbər verir ki, paylaşılan materiallarda İsrailin hərbi bazaları və müdafiə sistemlərinə dair koordinatlar da yer alıb. Bununla yanaşı, İsrail ordusunda xidmət edən türk əsilli şəxslərin kimliyi ictimaiyyətə açıqlanıb.

Məlumata görə, bu addımlar iki ölkə arasında gərginliyin daha da artmasına səbəb olub və məsələ diplomatik dairələrdə ciddi narahatlıq doğurub.