Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası Antalyada keçirilmişdir. İclasa Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ev sahibliyi edib.
Redaksiya məlumat verir ki, toplantıda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun iştirakı müşahidə edilib. Onun, iclas zamanı Hakan Fidanla birlikdə mərkəzi yerdə əyləşməsi diqqətlərdən yayınmayıb.
Bu qeyri-rəsmi görüş Türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynamışdır. Nazirlər müxtəlif beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparmışlar.
