Tulsi Qabbard: İran istəsə, bir neçə həftəyə nüvə silahı istehsal edə bilər

Tulsi Qabbard: İran istəsə, bir neçə həftəyə nüvə silahı istehsal edə bilər

Sevinc Kərimova · Siyasət ·

ABŞ Milli Kəşfiyyat Direktorluğunun rəhbəri Talsi Qabbard medianı verdiyi açıqlamaları kontekstdən çıxarmaqda və cəmiyyətdə süni qarşıdurma yaratmaqda ittiham edib. O bildirib ki, bəzi media qurumları onun çıxışlarını təhrif edərək saxta xəbərlər yayır.

Redaksiya xəbər verir ki, Qabbard bu gün verdiyi bəyanatda İranın nüvə silahı ilə bağlı hazırkı vəziyyətinə toxunaraq deyib: “Amerikanın əlində olan kəşfiyyat məlumatları göstərir ki, İran, əgər qərar versə, bir neçə həftədən bir neçə aya qədər müddətdə nüvə silahını tam şəkildə yığa bilər.

O, ABŞ Prezidenti Donald Trampın bu məsələdəki qəti mövqeyini dəstəklədiyini bildirib: “Prezident Tramp dəfələrlə bildirib ki, bu baş verməməlidir. Mən də bu fikirlə tam razıyam.

Qabbardın bu bəyanatı İranın nüvə proqramı ilə bağlı ABŞ kəşfiyyatının narahatlığını bir daha gündəmə gətirib və Vaşinqtonun məsələni ciddi şəkildə izlədiyini göstərib.

Sevinc Kərimova