Palmer Laki yeniyetməlik illərində evdə təhsil alıb və qarajında virtual reallıq cihazları hazırlamaqla məşğul olub. O, 19 yaşında universiteti tərk edib, treylerdə yaşayaraq öz startapı üzərində işləməyə başlayıb.
Redaksiya xəbər verir ki, sonradan investor Piter Til onun layihəsinə inanaraq Oculus-a 1 milyon dollar sərmayə yatırıb. Şirkət daha sonra Facebook tərəfindən 2 milyard dollara satın alınıb.
Bu sövdələşmə Laki üçün böyük maliyyə uğuru gətirib və onu gənc yaşda texnologiya sektorunun ən tanınmış sahibkarlarından birinə çevirib.
Laki sonradan müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Anduril şirkətini təsis edib. Şirkətin hazırkı qiymətləndirilməsinin 61 milyard dollara çatdığı bildirilir.
Onun hekayəsi qarajda hazırlanan ilkin VR prototiplərindən milyardlarla dollar dəyərində texnologiya şirkətlərinin qurulmasına qədər uzanan sürətli sahibkarlıq yüksəlişi kimi təqdim olunur.
