ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı razılaşmasına dair ilkin detallar ictimaiyyətə açıqlanıb. Sənəd çərçivəsində ABŞ-nin adanın müəyyən strateji ərazilərinə çıxış əldə etməsi, hərbi və iqtisadi iştirakının genişlənməsi nəzərdə tutulur.
Redaksiya NYT istinadla xəbər verir ki, plan ABŞ-nin raketdən müdafiə aktivlərini, o cümlədən “Golden Dome” sistemini əhatə edir və əsas məqsədlərdən biri Arktikada Rusiyanın mövcudluğuna qarşı balans yaratmaqdır. Razılaşma çərçivəsində ABŞ Qrenlandiyada məhdud strateji torpaq sahələrinə çıxış əldə edəcək və bu, ABŞ tərəfindən dəstəklənən iri infrastruktur layihələrinin icrasına yol aça bilər.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp bildirib ki, yeni çərçivə razılaşması çərçivəsində ABŞ Qrenlandiyanın mineral ehtiyatları ilə bağlı proseslərdə “iştirak edəcək”. Bununla yanaşı, Danimarka rəsmi şəkildə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı danışıqlar aparılması tələbinə etiraz edib. Danimarkanın mövqeyinə cavab olaraq ABŞ prezidenti Donald Tramp “Bunu üzümə de” ifadəsini işlədib.
