Trampın Putinlə əlaqəsi yenidən gündəmdə

Trampın Putinlə əlaqəsi yenidən gündəmdə

Sevinc Kərimova · Siyasət ·

Bəzi beynəlxalq mənbələrdə yayılan məlumatlara görə, ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə enerji və kriptovalyuta sahəsində mümkün əməkdaşlıq məsələlərini müzakirə edir. İddialara əsasən, tərəflər Zaporojye Atom Elektrik Stansiyasında birgə kriptovalyuta mayninqi imkanlarını nəzərdən keçirirlər.

Redaksiya xəbər verir ki, Avropanın ən iri atom elektrik stansiyası hesab olunan Zaporojye AES-in potensial imkanlarının kriptovalyuta istehsalında istifadəsi müzakirə mövzusu kimi təqdim olunur. Bildirilir ki, stansiyanın gücü Çernobıl AES-lə müqayisədə xeyli yüksəkdir və bu, enerji tutumlu texnologiyalar üçün cəlbedici hesab edilir.

Məlumatlarda o da qeyd olunur ki, Rusiya yaxın illərdə süni intellekt layihələrini enerji ilə təmin etmək məqsədilə ölkə üzrə otuz səkkiz kiçik atom elektrik stansiyasının inşasını planlaşdırır. Bu layihələrin ümumi gücünün mövcud atom energetikası istehsalını əhəmiyyətli dərəcədə üstələyəcəyi və uzunmüddətli perspektivdə elektrik istehsalının iki dəfə artırılacağı bildirilir.

Eyni zamanda, ABŞ-də süni ümumi intellekt istiqamətində planlaşdırılan iri server layihələrinin yüksək enerji tələbatı yaratdığı vurğulanır. Analitik yanaşmalara görə, enerji çatışmazlığı fonunda müxtəlif ölkələr arasında texnoloji və biznes xarakterli qeyri-rəsmi müzakirələrin aparılması ehtimalları gündəmə gəlir.