Trampın Nobel mükafatı ilə bağlı açıqlaması diqqət çəkdi

Trampın Nobel mükafatı ilə bağlı açıqlaması diqqət çəkdi

Sona Osmanova · Siyasət ·

Mətbuat nümayəndəsinin sualına cavab verən ABŞ prezidenti Donald Tramp ona aid olmayan Nobel mükafatı ilə bağlı açıqlama verib və məsələyə şəxsi münasibətini ifadə edib. Jurnalistin “Niyə başqasının Nobel mükafatını qəbul etdiniz?” sualına Trampın cavabı ictimai müzakirələrə səbəb olub.

Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu suala cavabında mükafatın ona Venesuelalı siyasətçi Maria Korina Maçado tərəfindən təklif edildiyini bildirib. O, bu addımı nəzakətli jest kimi qiymətləndirərək, həmin təklifi müsbət qarşıladığını vurğulayıb.

Donald Tramp açıqlamasında Maria Korina Maçado haqqında müsbət fikirlər səsləndirib və onu “çox yaxşı bir qadın” kimi xarakterizə edib. O, tərəflər arasında gələcəkdə yenidən əlaqə saxlanılacağını da qeyd edib.

Sözügedən açıqlama beynəlxalq mediada diqqətlə izlənilir və Nobel mükafatı ətrafında etik və siyasi müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.