ABŞ Prezidenti Donald Tramp ilə jurnalist arasında Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ehtimalı barədə dialoq və prezidentin son açıqlamaları beynəlxalq gündəmə çevrildi.
Jurnalistin “Putin, Ukraynaya ‘Tomahawk’ raketləri satmağınızı əngəlləməyə çalışdı?” sualına Tramp istehza ilə belə cavab verib:
“Əlbəttə, nə düşünürsən? ‘Zəhmət olmasa o Tomahawk-ları sat, sənə çox minnətdaram’ deyəcəkdi?”
Tramp əlavə edib:
- “Heç bir prezidentin hansısa müharibəni bitirdiyini düşünmürəm. Mən səkkizini bitirmişəm.”
- “Buş və ya Bayden hansısa müharibəyə son qoyubmu? Bayden müharibələri başladı.”
- “Avropa Ukraynadakı müharibəni bitirmək istəyir, amma bacarmır. Mən bacararam. Uğurlu olacağımıza inanıram.”
- “Putinə dedim ki, ‘Müxalifətinizə bir neçə min ‘Tomahawk’ raketi versəm, problem olar?’ Bu fikir xoşuna gəlmədi.”
Həmas və Qəzzə məsələsinə də toxunan Tramp bildirib:
“Əgər Həmas sakit davransa, çox gözəl. Davranmasa, lazım olanı edəcəyik. Qəzzaya girməyəcəyik, amma yaxın ətrafımızda girəcək insanlar var.”
Trampın bu açıqlamaları həm ABŞ-ın xarici siyasəti, həm də regional təhlükəsizlik kontekstində geniş rezonans doğurub.
