Trampın adı Epşteyn işi üzrə sənədlərdə yer alıb

Trampın adı Epşteyn işi üzrə sənədlərdə yer alıb

Sevinc Kərimova · Siyasət ·

ABŞ-da aparılan araşdırmalarda prezident Donald Trampın adı cinsi istismar ittihamları ilə bağlı sənədlərdə keçib.

Redaksiya xəbər verir ki, “Wall Street Journal”ın yaydığı məlumata görə, ABŞ Ədliyyə Nazirliyi bu ilin may ayında prezident Trampa onun adının Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə qeyd edildiyini rəsmi şəkildə bildirib.

Həmin sənədlərin konkret hansı ifadələri və ya detalları ehtiva etdiyi açıqlanmasa da, mənbələr bu məlumatın Trampa rəsmi qaydada təqdim edildiyini təsdiqləyir.

Qeyd edək ki, maliyyəçi Ceffri Epşteyn azyaşlıların cinsi istismarı və insan alveri ittihamları ilə 2019-cu ildə həbs edilmişdi. Bu iş üzrə bir sıra nüfuzlu şəxslərin adları müxtəlif sənədlərdə hallanmışdı. Trampın da həmin sənədlərdə necə və hansı kontekstdə yer aldığı hələlik ictimaiyyətə açıqlanmayıb.

Kənan Cəlilov