ABŞ prezidenti Donald Tramp bildirib: “Zelenskinin torpaq mübadiləsi üçün ‘Konstitusiya təsdiqi almam lazımdır’ deməsi məni narahat etdi. Savaşa girib hamını öldürmək üçün icazəsi var, amma sülh üçün yoxmuş.”
Redaksiya xəbər verir ki, Tramp bu sözləri Ukrayna ilə Rusiya arasında mümkün sülh razılaşması çərçivəsində ərazi dəyişikliklərinin gündəmə gəlməsi fonunda səsləndirib.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu açıqlama Trampın Ukrayna münaqişəsinin diplomatik yolla həllinə üstünlük verdiyini və bu prosesdə mövcud hüquqi məhdudiyyətləri tənqid etdiyini göstərir.
Sevinc Kərimova
