Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşdən əvvəl bəyan edib ki, “dayandırılmalı olan tərəf Rusiyadır”. Onun sözlərinə görə, Ukraynaya real təhlükəsizlik zəmanətləri verilməli, Rusiya isə heç bir halda mükafatlandırılmamalıdır.
Redaksiya xəbər verir ki, Axios-a danışan yüksək vəzifəli ABŞ rəsmisi Zelenskinin görüşə kostyumla qatılmasının sülh üçün “yaxşı mesaj” ola biləcəyini deyib. Lakin rəsmilər bu ehtimalın az olduğunu vurğulayıblar. Ağ Ev isə görüş öncəsi ukraynalı həmkarlarına Zelenskinin geyimi ilə bağlı sorğu ünvanlayıb.
ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, “Zelenski istəsə, müharibəni dərhal dayandıra bilər və ya davam etdirə bilər”. Tramp həmçinin əlavə edib: “Unutmayın necə başlamışdı. Obama Krımı 12 il əvvəl, bir güllə belə atılmadan verdi. Ukraynanın NATO-ya daxil olması isə mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişmir”.
AFP-nin məlumatına görə, Avropa liderləri Ağ Evdə Tramp ilə bir araya gəlməzdən öncə Zelenski ilə görüş keçirəcəklər.
Sevinc Kərimova
