Redaksiya xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp “Wall Street Journal” nəşrinin “Tramp İranı vurmaq planlarını təsdiqlədi, lakin son əmri vermədi” başlıqlı xəbəri ilə bağlı açıqlama verib. O, xəbərin doğru olmadığını bildirib.
Tramp bəyan edib ki, WSJ onun İranla bağlı fikirlərini düzgün əks etdirmir: “Wall Street Journal, İran haqqında nə düşündüyümü qətiyyən bilmir!” – deyə o, öz Truth Social hesabında qeyd edib.
Xatırladaq ki, WSJ son günlər bölgədə artan gərginlik fonunda Trampın İranın nüvə obyektlərinə qarşı potensial hücum planlarını razılaşdırdığı, lakin son qərarı təxirə saldığı barədə məlumat yaymışdı.
Sevinc Kərimova
