Tramp Venesuelanı “51-ci ştat” kimi paylaşdı

Tramp Venesuelanı “51-ci ştat” kimi paylaşdı

Könül Məmmədova · Media ·

ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında Venesuelanı ABŞ-ın “51-ci ştatı” kimi göstərən görüntü paylaşıb.

Redaksiya Reuters-ə istinadla xəbər verir ki, paylaşımda Venesuela xəritəsi ABŞ bayrağının rəngləri ilə təsvir olunub və üzərində “51st State” ifadəsi yer alıb. Post Trampın Çinə səfərə yola düşdüyü vaxt yayımlanıb.

Tramp Venesuelanı “51-ci ştat” kimi paylaşdı - Şəkil 1

Paylaşım Trampın bir gün əvvəl Fox News-a açıqlamasında Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ideyasını “ciddi şəkildə nəzərdən keçirdiyini” deməsindən sonra gəlib. ABŞ lideri Venesuelanın böyük neft ehtiyatlarına diqqət çəkmişdi.

Venesuela rəhbərliyi isə bu fikri rədd edib. Müvəqqəti prezident Delsi Rodriges ölkəsinin müstəqilliyi və suverenliyinin müzakirə mövzusu olmadığını bildirib.

Tramp son aylarda Kanada, Qrenlandiya və Venesuela ilə bağlı “51-ci ştat” mövzusunda bir neçə dəfə provokativ açıqlamalar verib. Ağ Ev isə paylaşımın rəsmi siyasi plan və ya real anneksiya təşəbbüsü olub-olmaması ilə bağlı əlavə şərh verməyib.