Tramp və Zelenski görüşünün ardından Avropa liderləri görüşə qoşulub

Tramp və Zelenski görüşünün ardından Avropa liderləri görüşə qoşulub

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə baş tutan görüşü yekunlaşıb. Tərəflərin danışıqları Avropa İttifaqı liderlərinin iştirakı ilə davam etdiriləcək.

Redaksiya xəbər verir ki, Sky News kanalının məlumatına görə, Avropa İttifaqına üzv ölkələrin rəhbərləri Tramp və Zelenskinin görüşünü Ağ Evdə xüsusi otaqda quraşdırılmış monitorlar vasitəsilə izləyiblər.

Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Zelenski ilə danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edəcək:
“Biz Zelenski ilə bir çox məsələləri müzakirə etdik. Bu gün mən birbaşa Putinlə də danışdım. Ona bu görüşdən dərhal sonra zəng edəcəyik”.

ABŞ lideri qeyd edib ki, növbəti mərhələdə Avropa liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilməsi nəzərdə tutulur. Bu müzakirələrdə əsas mövzu “ərazi mübadiləsi imkanları” olacaq. Tramp əlavə edib:
“Görək, bunları başa çatdırıb məsələni bağlaya biləcəyikmi”.

O həmçinin bildirib ki, Putin Ukraynanın təhlükəsizliyinə zəmanətlərin verilməsinə razılıq göstərib. Tramp yaxın günlərdə bu zəmanətlərin hansı ölkələr tərəfindən və hansı mexanizmlərlə həyata keçiriləcəyini nəzərdən keçirəcəyini vurğulayıb.

Sevinc Kərimova