Tramp və Tsinpin arasında 1.5 saatlıq telefon danışığı baş tutub

Tramp və Tsinpin arasında 1.5 saatlıq telefon danışığı baş tutub

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Çin lideri Si Tsinpin ilə məhsuldar telefon danışığı həyata keçirdiyini bildirib. Danışıq təxminən 1,5 saat davam edib və hər iki ölkə üçün müsbət nəticələr doğurub.

Redaksiya xəbər verir ki, Tramp açıqlamasında yeni imzalanmış və razılaşdırılmış Ticarət Müqaviləsinin detalları üzərində fikir mübadiləsi aparıldığını bildirib. O, xüsusilə mədənlər sahəsindəki qeyri-müəyyənliklərin artıq aradan qalxdığını vurğulayıb.

Tramp əlavə edib ki, hər iki tərəfin nümayəndə heyətləri yaxın vaxtlarda yenidən görüş keçirmək üçün bir araya gələcək.

Sevinc Kərimova