Tramp və Putin 15 avqustda Alyaskada görüşəcək

Tramp və Putin 15 avqustda Alyaskada görüşəcək

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putinlə görüşünün 15 avqustda Alyaskada keçiriləcəyini və detalları daha sonra açıqlayacağını bildirib. Kremlin rəsmisi Yuri Uşakov da görüşün baş tutacağını təsdiqləyib.

Redaksiya xəbər verir ki, Uşakov, Rusiya və ABŞ-ın yaxın qonşu olduğunu və Alyaska ilə Arktikada iqtisadi maraqlarının kəsişdiyini, iri miqyaslı layihələrin reallaşdırılması üçün perspektivlərin mövcudluğunu vurğulayıb. Onun sözlərinə görə, Alyaskada keçiriləcək sammitdə əsas diqqət Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli variantlarının müzakirəsinə yönələcək.

Uşakov əlavə edib ki, Alyaskadakı görüşdən sonra növbəti sammitin Rusiyada keçirilməsi planlaşdırılır və ABŞ prezidentinə rəsmi dəvət təqdim olunub.

Sevinc Kərimova