İsrail və İran arasında davam edən gərginlik fonunda beynəlxalq arenadan kəskin bəyanatlar gəlməkdədir. ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu cari vəziyyətlə bağlı açıqlamalar veriblər.
Redaksiya xəbər verir ki, Donald Tramp İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyini vurğulayıb. O, "İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik. Danışıqlar masasına qayıtmağa ümid edirik, görəcəyik. Lakin idarəetmədə bəzi adlar buna yanaşmır" deyə bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə İrana qarşı həyata keçirilən ilk hücumun uğurlu olduğunu açıqlayıb. Netanyahu "İrana yönəlmiş ilk hücumu uğurla həyata keçirdi" ifadəsini işlədib.
Sevinc Kərimova
