Tramp və Netanyahu Ağ Evdə 2 saatdan çox davam edən görüş keçirir

Tramp və Netanyahu Ağ Evdə 2 saatdan çox davam edən görüş keçirir

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib. Görüş 120 dəqiqədən artıq davam edib.

Redaksiya xəbər verir ki, jurnalistlərin “Sülh planının irəliləyəcəyinə inanırsınızmı?” sualına cavab verən Tramp “Bəli. Mən çox əminəm!” deyə bildirib.

İsrail mətbuatı isə bölgədə yeni gərginlik ehtimalına diqqət çəkir. Israel Hayom yazır ki, “İkinci İran savaşı daha çətin və daha şiddətli olacaq”.

Məlumata görə, Netanyahu Qətər Əmirindən Dohanın ballistik raketlərlə vurulması ilə bağlı üzr istəyib.

Axios isə yazır ki, Tramp Netanyahunun artıq əvvəlki kimi güclü şəkildə nəzarəti əlində saxlamadığını düşünür. Politico da bu iddianı təsdiqləyən məlumatlar yayıb.