Tramp və İlon Mask arasında qalmaqal: ittihamlar, təhdidlər və yeni partiya!

Tramp və İlon Mask arasında qalmaqal: ittihamlar, təhdidlər və yeni partiya!

Sevinc Kərimova · Siyasət ·

ABŞ-da texnologiya milyarderi İlon Mask və prezident Donald Tramp arasında sosial şəbəkələr üzərindən açıq mübahisə yaşanır. Tərəflər bir-birini sərt ifadələrlə tənqid edir, qarşılıqlı ittihamlar irəli sürürlər.

Redaksiya xəbər verir ki, İlon Mask paylaşımında Trampın prezident seçkilərindəki uğurunu özü ilə əlaqələndirərək, "Əgər mən olmasaydım, Tramp seçkini uda bilməzdi", – deyib. O, həmçinin Trampın adı məşhur cinayətkar Cefri Epşteynin sənədlərində yer aldığını və bu səbəbdən həmin sənədlərin ictimailəşdirilmədiyini iddia edib. Eyni zamanda, Mask ABŞ-da xalqın əksəriyyətini əhatə edən “ortadakı 80 faiz” üçün yeni siyasi partiyanın yaradılmasını təklif edib.

Tramp isə “Truth Social” platformasında Maskı “ağlını itirmiş” adlandıraraq, onu keçmişdəki uğursuz əməkdaşlığa görə günahlandırıb. Tramp bildirib ki, Maskın elektrikli avtomobil layihələrinə verilmiş subsidiyaları ləğv edib və onu öz komandasında görmək istəmədiyini açıq şəkildə ifadə edib.

Bu açıq sözlü qarşıdurma ABŞ ictimaiyyətində və siyasi dairələrdə böyük maraqla izlənilir.

Sevinc Kərimova