ABŞ Prezidenti Donald Tramp Yaponiyanın avtomobil istehsalçısı “Toyota” şirkətinin sahibi Akio Toyoda ilə görüşü barədə zarafatla danışıb.
Redaksiya xəbər verir ki, Tramp çıxışı zamanı belə deyib: “Dünən ‘Toyota’nın sahibi Akio Toyoda ilə tanış oldum. Ondan ‘Adın nədir?’ deyə soruşdum. O, ‘Toyoda’ cavabını verdi. Mən də dedim: ‘Sən varlısan.’”
Trampın bu sözləri zalda gülüşlə qarşılanıb. ABŞ Prezidenti çıxışı zamanı Yaponiya ilə iqtisadi münasibətlərin “daha da möhkəmlənəcəyini” də vurğulayıb.
