ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşü zamanı onun haqqında yüksək fikirlər səsləndirib.
Redaksiya məlumat verir ki, Tramp Si Cinpini “böyük lider” adlandırıb. O bildirib ki, bəzi insanlar onun bu ifadəni işlətməsini bəyənməsə də, bunu həqiqət hesab etdiyi üçün açıq şəkildə deyir.
Tramp görüşdə Si Cinpinlə bir arada olmaqdan və onun dostu olmaqdan şərəf duyduğunu bildirib. ABŞ lideri iki ölkə arasında şəxsi liderlərarası təmasın münasibətlər üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Çin və ABŞ arasındakı münasibətlər əvvəlkindən daha yaxşı olacaq. Onun sözləri Pekində keçirilən yüksək səviyyəli görüş fonunda Vaşinqtonun Çinlə dialoqu davam etdirmək niyyətini göstərir.
Trampın açıqlaması ticarət, texnologiya və təhlükəsizlik sahələrində ciddi fikir ayrılıqlarına baxmayaraq, tərəflərin münasibətlərdə yeni yumşalma mərhələsi axtardığı dövrə təsadüf edir.
