Tramp: “Rusiya hipersəs raket texnologiyasını ABŞ-dan oğurlayıb” – VİDEO

Tramp: “Rusiya hipersəs raket texnologiyasını ABŞ-dan oğurlayıb” – VİDEO

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp, hipersəs raketləri ilə bağlı qalmaqallı açıqlama verib. Tramp bildirib ki, Rusiya hazırda istifadə etdiyi hipersəs texnologiyasını ABŞ-dan oğurlayıb və bu texnologiyanın ilkin inkişafı Obama administrasiyası dövründə baş tutub.

Redaksiya RT-yə mediasına istinadən xəbər verir ki, Tramp çıxışı zamanı deyib:

“Bu texnologiyanı biz hazırlamışdıq. Lakin Obama dönəmində oğurlandı. Rusiya bu gün həmin sistemi bizim üzərimizdən istifadə edir.”

Lakin Trampın bu bəyanatı ABŞ-ın hərbi texnologiya reallıqları ilə ziddiyyət təşkil edir. Hazırda ABŞ ordusunun aktiv istifadədə olan hipersəs raketi yoxdur. Son iki sınaq isə uğursuzluqla nəticələnib.

Hipersəs raketləri, səsdən beş dəfə sürətli hərəkət edə bilən və müdafiə sistemlərindən yayınma qabiliyyətinə malik olduğu üçün strateji silahlar hesab olunur. Rusiya isə bu sahədə daha erkən mərhələdə irəliləyiş əldə etdiyini iddia edir.

Trampın açıqlamaları həm texnoloji təhlükəsizlik məsələlərini, həm də ABŞ-ın hərbi proqramlarının keçmiş administrasiyalar dövründəki zəifliklərini bir daha gündəmə gətirib. Mövzu ilə bağlı Pentaqon hələlik rəsmi açıqlama verməyib.

Sevinc Kərimova