Tramp Qəzza ilə bağlı sülh danışıqları üçün mətbuat konfransını yarımçıq tərk etdi

Tramp Qəzza ilə bağlı sülh danışıqları üçün mətbuat konfransını yarımçıq tərk etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransını Xarici işlər naziri Marko Rubionun təcili çağırışı səbəbindən dayandıraraq iclas zalını tərk edib. Tramp bildirib ki, ABŞ Yaxın Şərqdə, xüsusilə Qəzza ilə bağlı sülh razılaşmasına “çox yaxındır”.

Redaksiya xəbər verir ki, Tramp çıxışı zamanı jurnalistlərin suallarını cavablandırarkən, “Orta Şərqdə razılaşmaya çox yaxınıq. Onlar çox tezliklə mənə ehtiyac duyacaqlar” deyib. O, həmçinin ABŞ-ın “yeddi müharibəni bitirdiyini və səkkizincinin də başa çatmaq üzrə olduğunu” qeyd edib.

Prezident Tramp Yaxın Şərqə səfər edə biləcəyini də istisna etməyib: “Qəzzaya gedə bilərəm, bunu düşünürəm. Bölgəyə ya girovların azad edilməsindən əvvəl, ya da dərhal sonra səfər etməyi planlaşdırıram,” – deyə bildirib.